• Şikayət et

“Sabah” "Əl-Əyn"lə olan müqaviləni TMS sistemindən keçirib? - Açıqlama

"Sabah” klubu və Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Əyn” arasında BəhlulMustafazadənin transferi ətrafında gözlənilən FİFA çəkişməsi ilə bağlı tanınmışvəkil Fərid Haqverdiyev saytımıza açıqlama verib. İSLA İdman HüquqşünaslarıAssosiasiyasının üzvü qeyd edib ki, müqavilə TMS (Transfer Matching System)sistemi üzərindən edilibsə, beynəlxalq futbol qurumunun lehimizə qərar verməsi mümkünlüyüartır.
Maraqlıdır, "Sabah” BƏƏ klubu ilə müqaviləni yazılı formada və qeyd edilənsistem üzərindən həyata keçiribmi?

Fanat.Az bununla bağlı Masazır klubuna sorğu göndərib. "Sabah”ın mətbuat xidmətindənaldığımız cavabı diqqətinizə çatdırırq: "Bəyanatda qeyd etdiyimiz kimi, tərəflərarasında müqavilə bağlanmışdı. Qarşı tərəf müqavilənin ləğv edilməsibarədə 18 gün sonra məlumat verib. Məsələ ilə bağlı FİFA-ya şikayət ediləcək.Müqavilənin detalları barədə ətraflı məlumat verə bilmərik. Bu istiqamətdə hərhansı qərar qəbul olunduqda, ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, "Əl-Əyn” FK-dan futbolçu Bəhlul Mustafazadənin keçidi ilə əlaqədartransfer müqaviləsinin ləğv edilməsi haqda məktub alan "Sabah” qarşı tərəfə maliyyəvə intizam cəzaları tələbi ilə FİFA-ya müraciət etməyə hazırlaşdığını bəyanedib. Bəhlul da ayrıca olaraq, məsələ ilə bağlı beynəlxalq futbol qurumuna şikayətünvanlayacağını bildirib.

Mirağa

Mənbə:
0
1792
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar