Bakıda muzdla işləyənlərin orta aylıq əməkhaqqı artıb.Metbuat.az xəbər verir ki, bu barədə Bakı Statistika İdarəsi məlumat yayıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Bildirilib ki, 2022-ci ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 1066,9 manat təşkil edib.
İyunun 29-da 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr planına” uyğun olaraq, Azərbaycan və Rusiya XİN-ləri arasında Avropa və regional təhlükəsizlik məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilib.Xarici İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun rəhbərlik etdiyi nümayəndə heyətləri Avropa təhlükəsizliyi, Avropa regional təşkilatlarının gündəliyində duran məsələlər və regional təhlükəsizlik vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparıblar.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Tərəflər, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarının tam şəkildə icrasının vacibliyini vurğulayaraq, bu kontekstdə Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşma prosesinin müxtəlif aspektləri ətrafında cari vəziyyəti müzakirə ediblər.
30 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramovun məsləhətləşmələr məqsədilə ölkəmizə səfər edən Rusiya Federasiyasının Xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müğənni Nadir Qafarzadə iranlı ifaçını efirdən qovan Zaur Kamalı müdafiə edib.Metbuat.az olay.az-a istinadən xəbər verir ki, o, bununla bağlı İnstaqramda status paylaşıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>"Zaur, sən elə sənsən. Bu "çuşka”ları az mindirin başımıza. Musiqimizin içinə nəyi var... (qeyri-etik ifadə). Zövqləri də sıfırdır”, - deyə Nadir bildirib.Qeyd edək ki, Z. Kamal ötən gün verilişinə qonaq olan iranlı müğənni Afşin Azərini efirdən qovub. Onun bu addımı sosial şəbəkələrdə tənqid olunub.
Onu da bildirək ki, N. Qafarzadə paylaşımını daha sonra silib.
Qusarda keçmiş arvadını döyən kişiyə hökm oxunub.
Metbuat.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə bu ilin yanvarında baş verib.
Belə ki, iki uşaq atası olan Seymur Hüseynov (ad və soyad şərtidir) 7 il əvvəl ayrıldığı həyat yoldaşı Günay Əhədovanın (ad və soyad şərtidir) başqa bir kişi ilə münasibətinin olduğunu düşünərək onun evinə basqın edib.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Seymur Hüseynov bildirib ki, hadisəni qısqanclıq zəminində törədib:
“Biz Günayla 2015-ci ildə ayrılmışıq. Rəsmi olaraq isə, 2019-cu ildə boşanmışıq. İki övladımız var. Uşaqlar onda qalır, lakin tez-tez onları öz evimə də aparıram. Bir dəfə uşaqlar mənə dedi ki, anaları onlardan sonradan tanıdığım Quluya (şərti) ata deməylərini tələb edir.
Mən də artıq onlar arasında bir münasibətin olduğunu düşündüm. Bundan sonra Günayı izlədim və gecə saatlarında onun kirayə qaldığı evə girdiyini, bir neçə dəqiqə sonra isə həmin adamın da onun dalınca binaya daxil olduğunu gördüm. Bir qədər gözləyəndən sonra mən də binaya girdim və onun yaşadığı ikinci mərtəbədə yerləşən mənzilə qalxdım.
Qapını çiynimlə vurub sındırdım və içəri girdim. Onlar yataq otağında idilər. Mən Qulunu vurmaq istəyəndə Günay mane oldu. Qulu da dedi ki, bura onu Günay çağırıb. Mən Günayı vurdum. Əməlimdən peşmanam. Bundan sonra onun tərəfə baxmayacam. Uşaqlarımın saxlanması üçün aliment ödəyirəm. Əgər mən həbs olunsam bunu edə bilməyəcəm. Çox xahiş edirəm mənə yüngül cəza verilsin”.
Hadisə zamanı zərər çəkən Günay Əhədova məhkəməyə verdiyi ifadədə deyib ki, Qulu onun nişanlısıdır: 
“Biz uzun müddət əvvəl Seymurla ayrılmışıq. Bir il əvvəl ailəmin də razılığı ilə Qulu ilə nişanlanmışam. Qulu arada mənim yaşadığım evə gəlir, çay içib, söhbət edirik. Hadisə baş verən günü də Qulu mənim yaşadığım evdə idi. Birdən Seymur qapını sındırıb evə girdi. Yanında qardaşı da var idi. Bu zaman mən Qulunu yataq otağına saldım.
Seymurun qardaşı mənim əllərimdən tutdu, özü isə məni vurdu. Qardaşı ona dedi ki, məni öldürsün. Hətta şəkillərimi çəkməsini də dedi. Mən onların əlindən çıxıb qaçdım. Seymur heç vaxt uşaqlarla maraqlanmayıb, alimenti vaxtında ödəməyib. Mən Qulu ilə evlənmək və onun uşaqlarıma atalıq etməsini istəyirəm”.
Qusar Rayon Məhkəməsinin hökmü ilə Seymur Hüseynov CM-nin 128 (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 157.1-ci (Mənzil toxunulmazlığını pozma) maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Ona elektron nəzarət cihazı tətbiq edilib və üzərinə daimi yaşadığı ərazini tərk etməməmək öhdəliyi qoyulub.
Xəbər verdiyimiz kimi, bu gün müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun toy mərasimi baş tutub. Metbuat.az xəbər verir ki, müğənninin toyunda bir sıra məşhurlar iştirak edib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Qeyd edək ki, Aysunla Eşqin bu ilin fevralında Moskvada kəbin kəsdirib. 
Toydan görüntüləri təqdim edirik:
Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 1-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Metbuat.az-a bildirilib ki, bankın iyulun 1-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Metbuat.az xəbər verir ki, "dənizçilər" argentinalı yarımmüdafiəçi Franko Mazureki transfer edib.29 yaşlı vingerlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq Kiprin "Etnikos" klubunda çıxış edən təcrübəli oyunçu ölkəsində "Boka Xuniors", "Oll Boyz", Bolqarıstanda "Levski" (Sofiya) komandalarının da formasını geyinib.
Ağsuda qadını qəbiristanlıqda öldürüb basdıran şəxsin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Metbuat.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, 28 yanvar 2017-ci il tarixdə saat 01 radələrində 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə Ağsu rayonun Qaraqaşlı kənd qəbristanlığında aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürmüş, daha sonra saat 22 radələrində meyiti götürüb Baş Şirvan kanalına yaxın ərazidə basdırıb. 19.03.2022-ci il tarixdə Asif Manafova Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib, 39 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirilib. Tədirlər zamanı Hüseyn Qasımov, Mikayıl Qafarov, Seyfəddin Rəhimov, İsmayıl Qacayev və Ramik Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şühbəli bilindikləri üçün saxlanılıblar.
Onlardan ümumilikdə 39 kiloqram narkotik vasitə heroin, tiryək, marixuana, 500 ədəd metadon həbi və 365 ədəd xüsusi qulluq edilərək yetişdirdikləri çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslərin hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
 Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlçuk Bayraktar Şuşadan paylaşım edib. Metbuat.az xəbər verir ki, o, paylaşımına şəkillərlə bərabər "Can Azərbaycan" ifadəsini yazıb: <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Heyvandarlıq və quşçuluqda bu yem və yem əlavələrinin satışından ƏDV tutulmayacaq.Bu barədə Metbuat.az-a Nazirlər Kabinetindən məlumat verilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Qeyd olunub ki, satışı əlavə dəyər vergisindən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiq edilib.Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 №li Qərarının qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış olub.Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış olub.Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur.Xatırladaq ki, həmçinin 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir.Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir.Məlumat üçün bildirək ki, yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çox təşkil edir.
Beləliklə:
Yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılır;
Bu sahədə vergi inzibatçılığı asanlaşdırılır;
Siyahıya daxil edilmiş yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunur;
2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə rüsum tətbiq edilmir.
“Rusiya ordusunun Zmeyni adasından çəkilməsi ilə Odessa vilayəti tamamilə işğaldan aza edildi”.Metbuat.az xəbər verir ki, Odessa vilayətinin rəsmisi Sergey Bratçuq belə deyib. O bildirib ki, Zmeyni adası Odessa vilayətinə aid olduğu üçün tamamilə işğaldan azad edilmiş sayılmırdı. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Qeyd edək ki, Rusiya ordusu Zmeyni adasından çəkildiyini elan edib. Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya, Zmeyni adasındakı tapşırıq tamamlandığı üçün oraya yerləşdirilmiş qarnizonu geri çəkib. Açıqlamada deyilir ki, Rusiya bu həmləsi ilə Ukraynadan taxıl məhsullarının ixracı üçün qurulmaq istənilən humanitar dəhlizə maneə törətmədiyini göstərmiş olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında maraqlı dialoq yaşanıb. Metbuat.az xəbər verir ki, hadisə İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində Britaniya liderini görən Ərdoğan Baş nazirə yaxınlaşaraq onu çiyninə toxunub. Masa arxasında əyləşən britaniyalı siyasətçi ayağa qalxaraq Ərdoğanı salamlayıb: “Salam, dostum. Necəsən?”.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Türkiyənin dövlət başçısı isə “Yaxşı, yaxşı” deyərək kreslosuna keçib.
Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. 
Onun sözlərinə görə, 3 bacı ananın sevgilisi tərəfindən fiziki zorakılığa məruz qalıb. Həmin şəxs və uşaqların anası narkotik asılığından əziyyət çəkirlər:
"Uşaqlar təhlükəsizlik baxımından xala ilə baba Uşaq Sığınacağına yerləşdirib. 1 ildir ki uşaqlar təhsildən yayınıblar".
Qeyd edək ki, azyaşlıların döyülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində hazırda istintaq aparılır.
“Finlandiya və İsveçin NATO-ya üzv olmasından sonra Rusiyanın edəcəyi bütün həmlələrə cavab verməyə hazırıq”. Metbuat.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Rusiya bundan sonra qərar qəbul edərkən diqqətli olmalıdır. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>“Yeni strategiyamızda terrorizm təhlükəsizliyimizə ən böyük təhdidlər arasındadır. Finlandiya və İsveçin NATO-ya qoşulmasından sonra Rusiyanın buna qarşılıq verməsinə cavab verməyə hazırıq. Madriddəki zirvədə 70 ildir davam edən əməkdaşlığımızı nümayiş etdirdik” - Stoltenberq deyib. 
Qeyd edək ki, Vladimir Putin NATO-nun Finlandiya və İsveçə qüvvələr yerləşdirəcəyi halda cavab veriləcəyini bəyan etmişdi.
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında" sərəncam imzalayıb.Metbuat.az xəbər verir ki, sərəncamla Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>3-cü dərəcəli “Əmək” ordeni iləBəndəliyev Azər Bulud oğluƏliyev Nəsib Mürsəl oğluMəmmədov Lətif Xoca oğluMəmmədov Paşa Zakir oğluSəfərov Balakişi Məmmədağa oğluSəfərov Niyaz Ağabala oğlu“Tərəqqi” medalı iləAbbasov Elnur Oruc oğluAbdullayev Elşad İslam oğluEyyubov Elçin Əbdülməcid oğluƏliyev Bəhman Mikayıl oğluƏliyev Hümbət Məcid oğluƏliyev Mədəd Abbas oğluHüseynov Rəşad Kamil oğluİsrəfilov Oruc Qurban oğluKərimov İntiqam Şahbaz oğluMəmmədov Qədir Qoca oğluOruclu İlqar Absətdər oğluSəlimov Eldar Nuhbala oğlu“Gəmiçilik sahəsində xidmətlərə görə” medalı iləAlıyev Mehbalı Alı oğluAslanov Ramiz Xanbala oğluDadaşov Yavər Məmməd oğluƏliyev Əbdüləli Əhədulla oğluHüseynov İlqar Tofiq oğluMəmmədov Tahir Ziyat oğluPənahalıyev Şəmil Feyruz oğluSüleymanov Rizvan Rzaxan oğlu.Prezidentin digər sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:Qarayev Taleh Mürvət oğlu
Şəfaqətov Oktay Gülməmməd oğlu.
Yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 1-dən 3-ü səhərədək şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s, 2-si gündüz yarımadanın bəzi yerlərində arabir 25-28 m/s olacaq.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Azərbaycanın rayonlarında iyulun 5-dək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, arabir 23 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimal olunur.
“Ukraynadakı müharibəni dayandırmalı olan şəxs Vladimir Putindir”. Metbuat.az xəbər verir ki, NATO rəhbəri Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Ukraynanın müdafiə olunması üçün NATO dəstəyini davam etdirəcək. Stoltenberq NATO ilə Rusiya arasında müharibənin ola biləcəyini istisna etməyib. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
“Rusiya ilə NATO arasında müharibənin ola biləcəyini və bunun çox dağıdıcı və pis nəticələr ortaya çıxara biləcəyini bilirik” - deyə Stoltenberq bildirib.
Laura Yunq adlı amerikalı qadının sosial mediada paylaşdığı elan internet istifadəçilərinin diqqətini çəkib. Metbuat.az xəbər verir ki, qadın əlavə pul qaznamq üçün həyat yoldaşının başqa evdə hətta yemək bişirməyə belə razı olduğunu ifadə edib. “Ərimi icarəyə götür” başlıqlı elanda qadın həyat yoldaşının bacarıqlarından bəhs edib. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Qadın ərinin yaxşı yemək bişirdiyini, bacarıqlı usta olduğunu və digər işlər gördüyünü ifadə edib. Qadın pullu reklamlardan da istifadə edərək, 41 yaşlı həyat yoldaşını tanıtmağa başlayıb. 
“Rusiya strateji sabitlik və nüvə silahlarının yayılmamasının qarşısının alınması məsələlərində dialoq qurmağa hazırdır”. Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, Rusiya yaxşı münasibətlər qurmaq istəyən bütün tərəflərlə danışıqlara hazırdır. Ukrayna müharibəsinə də toxunan Putin, Kiyevi ittiham edib. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
O iddia edib ki, Ukrayna ordusu Donbasda müharibə cinayətləri törədib.