Səudiyyə Ərəbistanı iki dəfə peyvənd olunmuş turistlər üçün qapılarını açacaq.
Turizmplus.az xarici KİV-ə istinadən xəbər verir ki,1 avqust 2021 -ci ildən etibarən koronavirusa qarşı peyvənd edilmiş turistlər üçün səyahət məhdudiyyətləri ləğv ediləcək. İmmunitet pasportu təqdim edən şəxslərin məcburi karantində qalmalarına ehtiyac olmayacaq.
Hazırda Səudiyyə Ərəbistanında aşağıdakı koronavirus peyvəndləri təsdiqlənib:
- Moderna,
- Johnson & Johnson,
- AstraZeneca,
- Pfizer və BioNTech.
Son məlumatlara görə, 34.2 milyon əhalisi olan Səudiyyə Ərəbistanında 523 397 COVID-19 xəstəsi qeydə alınıb, 8212 xəstə ölüb.