• Şikayət et

Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş həkim - Gülnar Nuriyeva

Aztibb.az Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Gülnar Nuriyeva haqqında məlumatları təqdim edir.
 
Aztibb.az xəbər verir ki, Gülnar Nuriyeva 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra 2007-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında həkim-onkoloq kimi internatura təhsili almışdır.
 
O, 2012-2016-cı illərdə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitet Xəstəxanasında mama-ginekoloq ixtisası üzrə, 2018-2021-ci illərdə isə İsrailin Qüds şəhərində Hadassah Universitet xəstəxanasında Ekstrakorporal mayalanma təhsil proqramı üzrə üst ixtisas əldə etmişdir. Türkiyə və İsrail Ginekologiya Cəmiyyətlərinin həqiqi üzvüdür.
 
Bir sıra Beynəlxalq Qadın xəstəlikləri və Doğum konfranslarının iştirakçısı və məruzəçisi olmuşdur. O, 2021-2022-ci illərdə özəl tibb müəssisəsində Doğum şöbəsinin müdiri, mama-ginekoloq kimi çalışıb. 28 iyun 2022-ci il tarixdən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi fəaliyyətə başlayıb.
    Mənbə:
    0
    79
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar