• Şikayət et

II Uroginekoloji və Reproduktiv Təbabətin Problemləri üzrə elmi praktik konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "Organization of Medical Projects" (OMP) şirkətinin birgə əməkdaşlığı ilə 3 iyul 2022-ci il tarixdə II Uroginekoloji və Reproduktiv Təbabətin Problemləri adlı elmi praktik tibbi konfrans təşkil olunub. Konfransda ginekoloq, cərrah, radioloq və digər həkim-mütəxəssislər iştrak ediblər.
 
Aztibb.az xəbər verir ki, Türkiyə Uroginekoloji və Pelvik Rekonstruktiv Cərrahiyyə Dərnəyinin akademik kadrları, eləcə də İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının akademik kadrının iştirakı ilə keçirilən konfransın əsas məqsədi uroloji, ginekoloji və reproduktiv təbabətin aktual problemlərini müzakirə etmək, sidik saxlamazlıq, sidik qaçırmada cərrahi əməliyyatların yeni nailiyyətlərini diqqətə çatdırmaq, əldə olunan müvəffəqiyyətləri və risk faktorlarını bölüşmək olub.
 
Konfransda sağlam nəslin yetişməsində və formalaşmasında reproduktiv sağlamlığın əhəmiyyəti, ginekoloji və uroloji vəziyyətləri vaxtında aşkarlamaqla yarana biləcək ağırlaşmaların qarşısını almağa yönələn tibbi nailiyyətlərin rolu xüsusi vurğulanıb.
 
Səmərəli fikir mübadiləsi əsasında aparılan konfrans müddətində video təqdimatlar nümayiş olunub və professorlarla canlı bağlantılar qurulub.
 
Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 8 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilib.
Mənbə:
0
76
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar