Elmi-Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinin müdiri Rüstəm Hüseynov 27.06.2022-01.07.2022-ci il tarixlərində Finlandiyanın Turku şəhərində keçirilən Beynəlxalq Neonatal Skrininq Sammitində iştirak edib.
Tədbirdə irsi xəstəliklərin erkən aşkarlanması üçün icra olunan topuq testinin incəlikləri, götürülmə qaydası, statistik məlumatlar haqqında çıxışlar, təqdimat və müzakirələr baş tutub.